logo

Gürcüstanın xarici borcu 17 milyard dolları ötüb

10:59 04-04-2018 | icon 2471
Gürcüstanın xarici borcu 17 milyard dolları ötüb

Gürcüstanın ümumi xarici borcu 17 milyard dollardan çoxdur.

YeniAvropa xəbər verir  ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

2017-ci il dekabrın 31-nə olan məlumata görə, Gürcüstanın ümumi xarici borcu 17,2 milyard ABŞ dolları olub. Bu, ölkənin ümumi daxili məhsulunun 113,5 faizini təşkil edir.

Gürcüstan Milli Bankı həmçinin bildirib ki, hesabat dövründə dövlətin birbaşa xarici borcu 7,3 milyard dollar olub. Bu da ÜDM-in 48,3 faizinə bərabərdir.

Qalan borc isə Milli Bankın, özəl sektorun və hüquqi şəxslərin payına düşür.