İki ölkənin liderləri həmçinin Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında da iştirak edəcəklər. Danışıqlarda iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə ediləcək.
Yerli KİV-in yazdığına görə, prezidentlərin "Akkuyu" atom elektrik stansiyasının təməlqoyma mərasimində iştirakı da planlaşdırılıb.
Aprelin 4-də isə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya böhranı ilə bağlı üçtərəfli görüşü nəzərdə tutulur.