logo

Abe Trampla Şimali Koreya problemini müzakirə edəcək

17:42 02-04-2018 | icon 2268
Abe Trampla Şimali Koreya problemini müzakirə edəcək

Yaponiyanın baş naziri Şinzo Abe aprelin 17-dən 20-dək ABŞ-a səfər edərək, prezident Donald Trampla danışıqlar aparacaq. 

YeniAvropa xəbər verir  ki, bu haqda məlumatı  yerli "Kyodo" agentliyi yayıb. Xəbərdə qeyd edilib ki,  bu barədə Ş.Abe hakim Liberal Demokratik Partiya ilə Nazirlər Kabineti arasında birgə fəaliyyət komissiyasının iclası zamanı məlumat verib.

Məlumatda  deyilir ki, görüş zamanı Ş.Abe şəxsən D.Trampdan ABŞ və Şimali Koreya liderlərinin sammiti zamanı oğurlanmış yapon vətəndaşları məsələsini qaldırmasını xahiş edəcək.

Yaponiyanın baş nazirinin qarşıdakı səfərini şərh edən Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa deyib ki, tərəflər Şimali Koreyanın nüvə və raket proqramları məsələsini də müzakirə edəcəklər. Bununla yanaşı, martın sonlarında ABŞ-ın polad və alüminium idxalına rüsumların artırması ilə əlaqədar iki ölkə arasında azad ticarət məsələsi də müzakirə olunacaq.

Xatırladaq ki, Ş.Abenin ABŞ-a səfəri barədə razılaşma onun martın sonlarında D.Trampla telefon danışığı zamanı əldə olunub.