Avstraliyada çalışan iki rusiyalı diplomat bu ölkəni tərk edib.
YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın xarici işlər naziri Culi Bişop aprelin 2-də keçirdiyi brifinqdə təsdiq edib.
“Rusiya səfirliyinin Avstraliyanı tərk etmək üçün yeddi gün vaxt verilmiş əməkdaşları artıq ölkəni tərk ediblər”, - deyə nazir açıqlamasında bildirib.
Xatırladaq ki, Avstraliya hökuməti Solsberidə Serqey Skripalın və onun qızının zəhərlənməsi ilə əlaqədar Rusiyanın iki diplomatının Avstraliyadan çıxarılması barədə qərarını martın 27-də elan edib.