logo

Sabah Ərəb Dövlətləri Liqası Qəzzadakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək

10:53 02-04-2018 | icon 2394
Sabah Ərəb Dövlətləri Liqası Qəzzadakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək

Ərəb Dövlətləri Liqası fələstinli nümayişçilərlə İsrail əsgərləri arasında toqquşmaların baş verdiyi Qəzza zolağındakı vəziyyəti müzakirə etmək üçün aprelin 3-də Qahirədə təşkilatın daimi nümayəndələri səviyyəsində fövqəladə iclas keçirəcək. 

YeniAvropa  "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə təşkilatın baş katibinin Fələstin üzrə nümayəndəsi Səid Əbu Əli məlumat verib.

Qeyd edək ki, fövqəladə iclasın çağırılması barədə müraciət Fələstin tərəfindən edilib. Bu müraciət Misir, Küveyt və İordaniya tərəfindən dəstəklənib.