Çin hökuməti ABŞ-dan idxal edilən donuz əti və meyvə də daxil olmaqla 128 növ məhsulun idxal rüsumlarının artırılması barədə qərar qəbul edib.YeniAvropa xəbər verir ki, Çin Dövlət Şurasının gömrük tarifləri şurasının qərarına əsasən, ABŞ-dan idxal edilən 120 növ məhsulun, o cümlədən meyvələrin gömrük rüsumu 15 faiz, donuz əti də daxil olmaqla 8 məhsulun gömrük rüsumu isə 25 faiz artırılıb. Qərar aprelin 2-dən qüvvəyə minib.
Maliyyə Nazirliyinin bu barədə yaydığı məlumatda deyilir ki, qərar ABŞ-ın polad və alüminium idxalı ilə bağlı rüsumları artırmasına cavab addımdır.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Çin də daxil olmaqla bir sıra xarici ölkədən gətirilən polad və alüminiumun idxal rüsumlarını artırmışdı.