Türkiyə ordusu Afrində 3348 terrorçunu zərərsizləşdirib.
YeniAvropa Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Dövlət başçısı çıxışında vurğulayıb ki, bəzi dövlətlər bundan narahatlıq keçirirlər: "Bu, bəzilərini narahat edir. Bu, Fransanı narahat edir. Amma biz öz yolumuzla getməyə davam edəcəyik", - deyə Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti daha sonra qeyd edib ki, "Zeytun budağı" əməliyyatı hazırda davam edir. Əməliyyat Tell-Rifat yaşayış məntəqəsi və digər ərazilərdə həyata keçirilir.