Eks-prezident Almazbek Atambayev Qırğızıstan Sosial Demokrat Partiyasının lideri seçilib
Qırğızıstan Sosial Demokrat Partiyasının (QSDP) ötən gün Bişkekdə keçirilən qurultayında ölkənin eks-prezidenti Almazbek Atambayev QSDP-nın lideri seçilib.
YeniAvropa xəbər verir ki, hakim partiyanın qurultayında 189 deputat iştirak edib. Qurultayda Almazbek Atambayevin Qırğızıstanın baş naziri və prezidenti kimi xidmətlərindən danışılıb.
Xatırladaq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstanın prezidenti olub.
Yerli ekspertlərin sözlərinə görə, Almazbek Atambayev hakim partiyanın sədri seçilməklə faktiki olaraq ölkədə qeyri-rəasmi olaraq rəhbərliyi öz əlinə almış olub.