logo

Ərdoğan Trampla Suriya və Qəzzadakı vəziyyəti müzakirə etdi

09:37 31-03-2018 | icon 2625
Ərdoğan Trampla Suriya və Qəzzadakı vəziyyəti müzakirə etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir  ki, bu haqda türkiyə KİV-i məlumat yayıb. 

Telefon danışığı zamanı prezidentlər ikitərəfli əlaqələrə və regional proseslərə dair müzakirələr aparıblar. Bundan başqa, Suriya və İraqda terrorçuluqla mübarizədə müttəfiqlik ruhuna uyğun əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Dövlət başçıları, həmçinin Qəzza bölgəsindəki son hadisələr və yaranmış gərginliklə bağlı fikir mübadiləsi aparıblar.