Parlamentin anma toplantısındakı çıxışında hazırda iqtidarda olan Sosial-Demokrat Partiyasının (PSD) lideri Liviu Dragnea “Mən Moldova ilə bütünləşmək və tək bir millət, dövlət olaraq Avropa səhnəsində yer almaqdan yanayam”, - deyib.
Tədbirdə iştirak edən Moldova rəsmiləri də təklifə müsbət münasibət sərgiləyiblər.
Moldova parlamentinin spikeri Adrian Candui Moldovanın Rumıniyanın dəstəyinə ehtiyacı olduğunu söyləyib.
O, Avropa ilə bütünləşməyə gedən yolda “yolların və köprülərin” inşasının, işbirliyinin ancaq Rumıniyanın yardımı ilə mümkün olduğunu qeyd edib.
Qeyd edək ki, 1918-ci il martın 27-də Moldova-Kişinyov parlamentinin qərarı ilə Moldova Rumıniyanın tabeçiliyinə və tərkibinə keçmişdi.
1940-cı ildə isə Moldova Ruminiyadan zorla qoparılaraq, keçmiş SSRİ-nin tərkibinə daxil edilmişdi.(oxu.az)