Ölkədən çıxarılan diplomatın kimliyi barədə məlumat verilməyib.
Xatırladaq ki, ötən gün Monteneqro 1, Ukrayna isə 13 rusiyalı diplomatı ölkədən çıxarmaqla Böyük Britaniyaya və digər Avropa ölkələri ilə həmrəyliklərini nümayiş etdirmişdilər.
Qeyd edək ki, martın əvvəllərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripalın Londonda öz qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqədar ümumilikdə 20-dən çox ölkə Rusiyanın 100-dən artıq diplomatını ərazisindən çıxarıb.(Trend)