Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
YeniAvropa xəbər verir ki, Türkiyənin dövlət başçısı rusiyalı həmkarına Kemerovo şəhərində baş vermiş dəhşətli yanğında insan tələfatına görə başsağlığı verib.
Telefon danışığı zamanı tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Qərara alınıb ki, aprelin 4-də Ankarada Suriya məsələsi ilə bağlı Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçirilsin. Bundan başqa, Vladimir Putinin Ankaraya səfəri çərçivəsində Türkiyə-Rusiya münasibətləri də ikitərəfli formatda müzakirə olunacaq.