logo

Daşkənddə Əfqanıstan üzrə beynəlxalq konfrans keçirilir

10:39 27-03-2018 | icon 2506
Daşkənddə Əfqanıstan üzrə beynəlxalq konfrans keçirilir

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Əfqanıstan üzrə “Sülh prosesi, təhlükəsizlik sahəsində əməkdaşlıq və regional qarşılıqlı fəaliyyət” adlı beynəlxalq konfrans işə başlayıb. 

YeniAvropa xəbər verir  ki, tədbirdə Özbəkistan və Əfqanıstan prezidentləri Şavkat Mirziyoyev və Məhəmməd Əşrəf Qani, BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tadamiti Yamamoto, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini və digər rəsmi şəxslər iştirak edirlər. Tədbirə Rusiya, ABŞ, Almaniya, Çin, Böyük Britaniya, İtaliya, Fransa, Türkiyə, Hindistan, İran, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Qırğızıstan, Tacikistanın və Türkmənistanın xarici siyasət idarələrinin rəhbərləri və ya müavinləri də qatılıblar. Ümumiyyətlə, konfransda 20 ölkənin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndə heyətləri iştirak edirlər.

Tədbirdə Əfqanıstanda sülh və sabitliyin təmin olunması, təhlükəsizliyin qorunması, iqtisadiyyatın dirçəldilməsi və digər taleyüklü məsələlər müzakirə olunur.