Qazaxıstanın 13 vilayətində tufan xəbərdarlığı elan olunub.
YeniAvropa xəbər verir ki, martın 26-28-də Şərqi Qazaxıstan ərazisində temperaturun artmasının güclü yağışların yağmasına, bəzi yerlərdə su yığıntılarının yaranmasına, suyun səviyyəsinin qalxmasına, çayların məcrasından çıxmasına gətirib çıxaracağı gözlənilir. Bəzi bölgələrdə çovğun, duman olacağı, güclü sulu qarın yağacağı ehtimalı var. Pavlodar və Şuçinsk bölgələrində yollarda hərəkət dayanıb. Şərqi Qazaxıstan ərazisində daşqın səbəbindən 489 yaşayış evini su basıb.
Qazaxıstan Fövqəladə Hallar Komitəsi xilasedicilərin ölkənin bütün ərazisində fasiləsiz iş rejimində çalışdığını bildirib.