logo

Kemerovoda yanğın nəticəsində ölənlərin sayı 64 nəfərə yüksəlib

11:07 26-03-2018 | icon 2282
Kemerovoda yanğın nəticəsində ölənlərin sayı 64 nəfərə yüksəlib

Rusiyanın Kemerovo şəhərindəki "Qış albalısı" ticarət-əyləncə  mərkəzində baş verən yanğında ölənlərin sayı 64 nəfərə yüksəlib. Yanğın qurbanlarının sayının artacağı istisna olunmur.

YeniAvropa  “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, İstintaq Komitəsinin son məlumatına görə, indiyədək 9-u uşaq olmaqla, 64 nəfərin cəsədi aşkarlanıb. Həmçinin 16 nəfərin itkin düşdüyü bildirilir. Hadisə nəticəsində xəsarət alan 43 nəfər xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, yanğın dünən “Qış albalısı” ticarət mərkəzinin 4-cü mərtəbəsində kino zallarının birində baş verib. 2013-cü ildə istifadəyə verilən ticarət mərkəzinin ümumi sahəsi 23 min kvadratmetrdir.

Yanğının baş vermə səbəbləri araşdırılır, hadisə ilə bağlı dörd nəfər saxlanılıb.