logo

Kemerovoda yanğın zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

12:09 26-03-2018 | icon 2338
Kemerovoda yanğın zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Rusiyanın Kemerovo şəhərindəki "Qış albalısı" ticarət-əyləncə  mərkəzində baş vermiş yanğın zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. 

YeniAvropa xəbər verir  ki, bu barədə kütləvi informasiya vasitələrinə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinə verilən ilkin məlumata görə, ticarət mərkəzində yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.