logo

Türkiyədən Afrinə  növbəti humanitar yardım 

23:59 25-03-2018 | icon 2408
Türkiyədən Afrinə  növbəti humanitar yardım 

Türkiyənın Qızılay Cəmiyyəti Suriyanın terrorçulardan azad olunan Afrin bölgəsinə humanitar yardımı davam etdirir.

YeniAvropa xəbər verir  ki,  sonuncu yardım karvanı Afrin şəhərinin yaxınlığındakı Miski Tahtani kəndinə çatıb. Burada 2 min nəfər üçün uzun müddət yetərli olacaq quru ərzaq paketləri paylanılıb. Bundan başqa, kənddə azyaşlı uşağı olan ailələrə də körpələr üçün zəruri əşyalar verilib.