Yaponiyanın Naqano prefekturasında yerləşən Yatsyqatake dağlar silsiləsindəki səkkiz zirvədən birinə qalxan yeddi alpinistdən üçü həlak olub.
YeniAvropa "Kyodo" agentliyinə istinadla xəbər verir ki, Kansay regionundan olan yeddi alpinist Yatsuqatake dağlar silsiləsinə daxil olan və 2805 metr hündürlükdə yerləşən Amida zirvəsinə yollanıb. Həmin marşrutun kifayət qədər təhlükəli olduğu bildirilir.
İlkin məlumatlara görə, bir-biriləri ilə bağlı olan alpinistlərdən biri cığırdan sürüşüb və nəticədə bütün qrup çətin vəziyyətə düşüb. Alpinistlərdən dördü helikopter vasitəsilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Digər üçü isə həlak olub. Hadisənin başvermə səbəbləri araşdırılır.