logo

Yaponiyada 88 yaşlı qadın elmlər doktoru olub

11:01 25-03-2018 | icon 2324
Yaponiyada 88 yaşlı qadın elmlər doktoru olub

Yaponiyanın Kioto şəhərində yerləşən Ritsumaykan Unversitetində 88 yaşlı xanım Kiyoko Ozeki qədim toxuculuq məmulatları sahəsində tədqiqatlarına görə elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.

YeniAvropa xəbər verir  ki, "NHK" telekanalına istinadla xəbər verir ki, həmin xanım 30 ildən çox bir müddətdə ölkədə Zyomon dövrünə aid parça və toxuculuq məmulatlarının hazırlanması üzrə araşdırma aparıb.

K.Ozekinin Yaponiyada parçaların yaranma mədəniyyətinin və onların xarakteristikasının tədqiqinə həsr olunan elmi işi universitetin attestasiya komissiyası tərəfindən yüksək qiymətləndirilib.

Elmi dərəcənin onu daha da həvəsləndirdiyini deyən T.Ozeki, bu istiqamətdə araşdırmaları davam etdirəcəyini vurğulayıb.