logo

Emmanuel Makron: Fransada terror təhlükəsi yüksək səviyyədə qalmaqdadır

23:42 23-03-2018 | icon 2205
Emmanuel Makron: Fransada terror təhlükəsi yüksək səviyyədə qalmaqdadır

Fransanın Od departamentinin Treb kommunasında “Super U” supermarketində törədilən terror aktı nəticəsində 3 nəfər ölüb, 2-si ağır olmaqla, 16 nəfər yaralanıb.

YeniAvropa xəbər verir  ki, ölkə prezidenti Emmanuel Makron  KİV-ə müsahibəsində yaralı polisin vəziyyətinin ağır olduğunu bildirib. “Fransada terror təhlükəsi yüksək səviyyədə qalmaqdadır”, - deyə prezident vurğulayıb.

Terror aktını törədən 25 yaşlı mərakeşli Röduan Lakdim radikal olduğu üçün polis nəzarətində idi.

İŞİD terror qrupu Od departamentindəki hücumun məsuliyyətini öz üzərinə götürüb.