Türk lirəsi ABŞ dolları qarşısında dəyər itirərək 4.0361 səviyyəsinə çatıb və bu bütün zamanların ən yüksək səviyyəsinə gəlib çatıb.
YeniAvropa xəbər verir ki, ötən gün gecə yarısı Türk lirəsi dollar qarşısında 1.8% dəyər itirərək 4.0361 səviyyəsinə qədər zəifləyib.
ABŞ Prezidenti Donald Trampın Çinə əlavə gömrük vergisi tətbiq edilməsi riskindən qaçma tendensiyasının artırması nəticəsində Türk lirəsi dəyər itirib. İndi investorlar Türk lirəsini satıb əsasən Yapon yeni almağa üstünlük verirlər.
"Marja" xəbər verir ki, daha sonra, Dollar/TL məzənnəsi 4 səviyyəsindən aşağı enib və hazırda 3.97 səviyyələrində dalğalanır.