İsveçrə Misirin sabiq prezidenti Hüsnü Mübarək və yaxınlarına aid bank hesablarını açıb.Bu barədə İsveçrə Konfederasiyası Federal Şurasından bildiriblər. Məlumata əsasən, bank hesablarının dondurulmasına dair qərar dekabrın 20-dən ləğv olunub.
Hüsnü Mübarəkin istefasından sonra İsveçrə hökuməti Hüsnü Mübarəkin banklardakı hesablarını dondurmuşdu.
Qeyd edək ki, bu ilin martında Misirin ali məhkəmə instansiyası – Kasasiya Məhkəməsi Hüsnü Mübarək barəsində bəraət hökmü çıxarıb. H.Mübarək 2012-ci ildə ömürlük həbs cəzasına məhkum edilib. İki il sonra isə Qahirə Məhkəməsi onun üzərindən bütün ittihamları götürüb.(APA)