Təbrik məktubunda deyilir ki, "əsrlərin süzgəcindən keçmiş bu bayram bizim ölkənin bir çox xalqlarının tarixi, mədəni və mənəvi dəyərlərinin ayrılmaz hissəsini təşkil edir və özündə təbiətin oyanışını, yeni həyatın başlanğıcını təcəssüm etdirir”.
Putin belə adət-ənənələrin qorunub saxlanmasını yüksək qiymətləndirib: "Bu gün yüz illər əvvəll olduğu kimi şəhər və kəndlərdə xalq şənlikləri təşkil olunur, istedadlı ustalar özlərinin xalq-dekorativ tətbiqi incəsənət nümunələrini nümayiş etdirir, hər bir evdə qonaqları milli xörəklərlə qarşılayırlar və əlbəttə, bu gündə öz yaxınlarını anmaq, diqqətə və ehtiyacı olanlara kömək əli uzatmaq lazımdır”.
Dövlət başçısı, həmçinin Novruzu qeyd edənlərə müvəffəqiyyətlər, ailə səadəti və bol ruzi-bərəkət arzulayıb.