Myanma İttifaqının prezidenti Thin Çjo vəzifəsindən istefa verib.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Prezident ofisi yayıb. Bildirilir ki, 72 yaşlı Thin Çjonun istefa verməsinin səbəbi yaşı ilə əlaqədardır.
Demokratiya uğrunda Milli Liqanın namizədi kimi seçkilərdə qalib gələn Thin Çjo 2016-cı il martın 30-dan prezident vəzifəsində çalışıb.