Vyana 9-cu dəfə dünyanın ən yaşamalı şəhəri seçilib
Avstriyanın paytaxtı Vyana doqquzuncu dəfə “dünyanın ən yaşamalı şəhəri” seçilib. İnsan resursları üzrə beynəlxalq konsaltinq mərkəzi “Mercer” tərəfindən tərtib edilən ümumdünya reytinqində şəhərlər həyat keyfiyyəti standartlarına görə sıralanır.
YeniAvropa xəbər verir ki, builki dünya şəhərlərinin yeni siyahısında ilk onluqda yenə də Avropa şəhərləri üstünlük təşkil edir. Həmin siyahıda Sürix 2-ci, Münxen 4-cü, Düsseldorf 6-cı, Frankfurt 7-ci, Cenevrə 8-ci, Kopenhagen 9-cu və Bazel 10-cu yerləri tuturlar. Qeyri-Avropa şəhərlərindən Oklend (Yeni Zelandiya, 3-cü yer), Vankuver (Kanada, 5-ci yer) və Sidney (Avstraliya, 10-cu yer) də ilk onluqda yer alıblar.
Dünyanın 231 şəhərinin qiymətləndirilməsi əsasında tərtib edilmiş həmin siyahıda şəhərlərin təklif etdiyi ictimai xidmətlər, tibbi və təhsil imkanları, infrastruktur və nəqliyyat, ekoloji durum və yaşıllıqlar, sosial-mədəni tədbirlər diqqət mərkəzində dayanır. Eləcə də hər bir şəhərdə kriminogen vəziyyət, ölkədəki sosial-siyasi inkişafın şəhərə təsiri də qiymətləndirmədə mühüm rola malikdir. Qiymətləndirmə dünyanın müxtəlif şəhərlərində beynəlxalq təşkilatlarda çalışan və ya uzunmüddətli ezamiyyətlərdə olan işçilər arasında aparılan sorğu əsasında tərtib edilir. Ümumilikdə 39 kriteriya üzrə dəyərləndirilmənin aparıldığı ümumdünya reytinqi artıq 20 ildir ki dərc olunur.
Təşkilatın eksperti Ulrike Hellenkamp bildirib ki, Vyana şəhəri ilk növbədə ictimai təhlükəsizliyin səviyyəsi, yaxşı təşkil olunmuş ictimai nəqliyyat şəbəkəsi və həmçinin mədəniyyət və asudə vaxtın təşkili üçün geniş və keyfiyyətli imkanlarına görə respondentlərin rəğbətini qazanıb.
Həyat keyfiyyəti araşdırmasında sonuncu yerdə son illərdə olduğu kimi yenə də İraqın paytaxtı Bağdad şəhəri dayanır.
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir