logo

Vladimir Putin budəfəki prezident seçkilərində rekord səs toplayıb

13:47 19-03-2018 | icon 2492
Vladimir Putin budəfəki prezident seçkilərində rekord səs toplayıb

Rusiyanın hazırkı prezidenti Vladimir Putin bülletenlərin 99,84 faizinin hesablanmasından sonra 76,66 faiz səs toplayıb.

YeniAvropa  Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova jurnalistlər üçün keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, Putin 56 milyon 206 min 514 seçicinin (76,66 faiz) etimadını qazanıb. Bu, onun seçkilərdə iştirakı tarixində rekord göstəricidir. Belə ki, 2000-ci ildə Vladimir Putini seçicilərin 52,94 faizi, 2004-cü ildə 71,31 faizi, 2012-ci ildə isə 63,6 faizi dəstəkləmişdi. Rusiyanın hazırkı prezidenti paytaxt Moskvada da böyük dəstək qazanıb - 3,21 milyon səs. Bu, 2012-ci illə müqayisədə 1,6 dəfə çoxdur.

Rusiya Kommunist Partiyasının namizədi Pavel Qrudin 11,9 faiz, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski 5,66 faiz, teleaparıcı Ksenya Sobçak 1,67 faiz, “Yabloko” partiyasının lideri Qriqori Yavlinski 1,04 faiz səslə səs toplayıb. Digər iki namizəd bir faizdən az səs yığıb.

Martın 18-də Rusiyada keçirilən prezident seçkilərində səsvermə hüququ olan vətəndaşların 67,47 faiz - 73,36 milyon seçici iştirak edib.