Martın 18-də Rusiya federasiyasında keçirilən prezident seçkilərində iştirak edən seçici səslərinin 99 faizi sayılıb. İlkin nəticələrə görə, hazırkı prezident Vladimir Putin seçici səslərinin 76,65 faizini toplayıb.
YeniAvropa xəbər verir ki, bu barədə " TASS" agentliyi Rusiyanın Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.