Rusiyada keçirilən prezident seçkilərində "exit poll"un nəticələri açıqlanıb.
YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, “İctimai Rəy Fondu”nun apardığı exit-polla görə, hazırkı prezident Vladimir Putin 77 faiz, Kommunist Partiyasından Pavel Qrudinin 11,8 faiz, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski 5,9 faiz səs toplayıblar. Sonrakı yerlədə isə "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, “Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski, biznes ombudsmanı Boris Titov, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Rusiya Kommunistləri" Partiyasından Maksim Suraykin gəlir.