logo

"Zeytun budağı": Türkiyə Afrin əməliyyatında  46 şəhid verib

18:00 18-03-2018 | icon 2597
"Zeytun budağı": Türkiyə Afrin əməliyyatında  46 şəhid verib

Türkiyə ordusunun müxalif Azad SuriyaOrdusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı indiyədək 46 hərbiçi şəhid olub, 225 hərbçi isə yaralanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Afrində həyata keçirilən əməliyyat zamanı 3 min 603 terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki,  Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə  bu il yanvarın 20-də Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG terrorçularından təmizləmək üçün "Zeytun budağı" əməliyyatına başlayıb. Martın 18-də Afrin şəhəri terrorçulardan təmizlənib.