Türkiyə ilə Bolqarıstan sərhədindəki Kapıkule gömrük-keçid məntəqəsində uzun tıxac yaranıb.
YeniAvropa yerli Kiv-ə istinadla xəbər verir ki, sərhədi keçmək üçün növbə gözləyən iritutumlu yük avtomobilləri 20 kilometrdən uzun tıxacın yaranmasına səbəb olublar.
Türkiyə tərəfinin rəsmi məlumatına görə, tıxac Bolqarıstanın gömrük-keçid məntəqəsinin fəaliyyəti səbəbindən yaranıb.