logo

Çanaqqala zəfərinin 103-cü ildönümü təntənə ilə qeyd olunur

13:54 18-03-2018 | icon 2436
Çanaqqala zəfərinin 103-cü ildönümü təntənə ilə qeyd olunur

Türkiyədə Çanaqqala dəniz döyüşlərində zəfərin 103-ci ildönümü təntənəli şəkildə qeyd olunur.

YeniAvropa xəbər verir  ki,  bu münasibətlə ölkənin bütün ərazisində bayram tədbirləri keçirilir, küçə və meydanlar bayramsayağı bəzədilib.

Bayram münasibətilə rəsmi mərasim Çanaqqala şəhər mərkəzində təşkil edilib. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Qeyd edək ki, Birinci Dünya müharibəsi zamanı Antanta dövlətlərinin (İngiltərə, Fransa, Rusiya) hərbi dəniz qüvvələrinin Çanaqqala boğazını keçmək cəhdləri 1915-ci il martın 18-də böyük uğursuzluğa düçar olub.