Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində son mərhələ başlayıb.
YeniAvropa Türkiyənin "İhlas" xəbər agentliyinə iatinadla bildirir ki, bu gün səhər saatlarında müxalif Azad Suriya Ordusunun birlikləri Afrin şəhərini PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-dən təmizləmək üçün əməliyyata başlayıb.
Azad Suriya Ordusu cənub-şərq istiqamətindən şəhərə daxil olub.
Afrin rayon mərkəzi 9 məhəllədən ibarətdir. Məhəllələrin bir çoxunun artıq Azad Suriya Ordusunun nəzarətinə keçdiyi bildirilir.
Qeyd edək ki, bundan öncə PKK/YPG-li terrorçuların şəhərdən qaçdığı bildirilirdi.Odur ki, bu gün səhər Azad Suriya Ordusunun toqquşma baş vermədən Afrin mərkəzinə daxil ola bilib.