Rumıniyada 63 yaşlı kişi məhkəmədə sağ olub yaşadığını və 2016-cı ildə onun yaxınlarına verilmiş ölum haqqında şəhadətnamənin ləğv edilməsinin vacibliyini sübuta yetirə bilməyib.
YeniAvropa "Agerpres" informasiya agentliyinə istinadla xəbər verir ki, bu qəribə hadisə Vasliy vilayətinin sakini Konstantin Reliunun başına gəlib.
Bu gün keçirilən məhkəm prosesi zalda oturan canlı adamın artıq yaşamadığı haqda qərarı qüvvədə saxlayıb.
"Nə olsun ki sənədlərdə olmüşəm. Mən ki indi sizin qarşınızdayam?! Mənim indi yaşamaq üçün heç bir gəlir mənbəyim yoxdur. Ölmüş hesab edildiyim üçün məni heç kim işə qəbul etmir. Bəs bu ölkədə mən necə yaşayım?",-deyə Konstantin Reliu hakimə sual ünvanlayıb.
Məsələ burasındadır ki, Konstantin Reliu 1992-ci iləd işləmək üçün Türkiyəyə gedəndə həyat yoldaşından boşanır. Əlaqələri kəsildikləri üçün onlar bir-birində xəbərsiz uzun illər yaşamalı olurlar. Lakin 2013-cü ildə Konstantinin həyat yoldaşı 21 il heç bir sorağı gəlməyən keçmiş ərinin ölməsi barədə şəhadətnamə verilməsi ilə bağlı məhkəməyə müraciət edir. Məhkəmə 2016-cı ildə iddianı təmin edir və keçmiş arvada müvafiq şəhadətnamə verilir.
2018-ci ildə isə Türkiyə tərəfi Konstantin Reliudan ölkə ərazisində qalması üçün müvafiq sənədlərinin müddəti bitdiyi üçün, ondan ölkəni tərk etməyi tələb edir. Rumıniyayə gələn zaman isə hava limanında Reliuya bildirirlər ki o artıq ölüb. Əvvəlcə Konstantin Reliunu ölkəyə buraxmaq istməsələr də kişi nəhayət ki ölkəsinə qayıda bilir.
Yerli KİV-in məlumatına görə, indi Konstantin Reliu ölmədiyini isbatlamaq üçün Ali məhkəməyə müraciət etməyə hazırlaşır.