Pekində 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) illik sessiyasında Çin Xalq Respublikasının yeni sədri vəzifəsinə seçki keçirilib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, martın 17-də keçirilən plenar iclasda hazırki dövlət başçısı, Çin Kommunist Partiyasının baş katibi Si Cinpin yenidən ÇXR Sədri, həm də ölkənin silahlı qüvvələrinin ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədri seçilib. Van Çişan isə ÇXR Sədrinin müavini seçilib
Qeyd edək ki, bütün Çin üzrə 3 minə yaxın nümayəndənin qatıldığı Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) illik sessiyası martın 5-dən davam edir.