logo

FHN-dən Ağsudakı ağır yol qəzası barədə

21:34 16-03-2018 | icon 3871
FHN-dən Ağsudakı ağır yol qəzası barədə

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Muradlı kəndində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

FHN-dən YeniAvropa-ya  bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəzada altı nəfər ölüb, bir nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alan şəxs, həmçinin beş kişinin və bir qadının cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həlak olan iki nəfərin şəxsiyyəti müəyyənləşib. Onlar 1965-ci il təvəllüdlü İsmiyev Teymurşah Surac oğlu və 1961-ci il təvəllüdlü İsmiyeva Mehparə Yarməmməd qızıdır.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.