logo

NATO Əfqanıstandakı missiyasının sayını 18 min nəfərədək artıracaq

20:42 15-03-2018 | icon 2422
NATO Əfqanıstandakı missiyasının sayını 18 min nəfərədək artıracaq

NATO Əfqanıstandakı qeyri-döyüş missiyasının sayını təxminən 18 min nəfərə qədər artırmağı planlaşdırır.

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə danışan alyansın Baş katibi Yens Stoltenberq, həmçinin “Taliban” hərəkatını ölkədə silahlı münaqişəyə son qoymaq üçün Əfqanıstan hökumətinin danışıqlar çağırışına cavab verməyə səsləyib.

Xatırladaq ki, ABŞ 2001-ci ildən Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Sonradan BMT Təhlükəsizlik Şurasının sanksiyalarına əsasən, təhlükəsizliyin təmin olunması üçün ölkədə NATO-nun komandanlığı altında beynəlxalq qüvvələr yerləşdirilib. 2014-cü ildə NATO-nun hərbi kontingenti Əfqanıstandan çıxarılıb və onu 12 min hərbçidən ibarət “Qətiyyətli dəstək” missiyası əvəz edib. Missiya yerli güc strukturlarına təlim keçməklə məşğuldur.