logo

Bu gün Astanada Mərkəzi Asiya ölkə başçılarının işgüzar görüşü keçiriləcək

11:07 15-03-2018 | icon 2429
Bu gün Astanada Mərkəzi Asiya ölkə başçılarının işgüzar görüşü keçiriləcək

Bu gün Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya ölkələri başçılarının işgüzar görüşü keçiriəcək. YeniAvropa  "Kazinform" informasiya agentliyinə istinadla xəbər verir ki, 13 ildən sonra ilk dəfə baş tutan görüşdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Tacikistan prezidenti Emoməli Rəhmon, Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak edəcəklər. Əvvəlcədən planlaşdırılan rəsmi görüçünün olması səbəbindən Türmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov görüşə qatıla bilməyəcək. Onun əvəzinə liderlərin görüşündə Türkmənistan Məclisinin sədri Akca Nurberdiyeva iştirak edəcək.

 

 

Görüşdə dövlətlər arasında investisiya layihələri, regional təhlükəsizlik, ticari-iqtisadi münasibətlər, mədəniyyət mübadiləsi məsələləri müzakirə olunacaq.