İspaniyanın hazırkı kralı IV Felipenin atası Kral Xuan Karlos de Burbon növbəti, 15-ci dəfə əməliyyat masasına çıxacaq. Bu dəfə 80 yaşlı kralın sağ dizindəki protez dəyişdiriləcək.
YeniAvropa xəbər verir ki, əməliyyata səbəb 2011-ci ildə ayağına taxılmış protezin onu yenidən incitməsi və sərbəst hərəkətində ciddi çətinlik yaratmasıdır.
Kralın sağ dizi 1991-ci ildə qarda xizək sürərkən aldığı travmadan zədələnib və bu səbəbdən bir neçə dəfə əməliyyat olunub. Ümumilikdə, kral bel və ayaqlarından 13 dəfə əməliyyat olunub. İlk həkim bıçağı ilə isəo hələ küçük yaşlarında olarkən -appendisitdən əməliyyat zamanı tanış olub.