Almaniya Bundestaqının bu gün keçirilən iclasında Angela Merkel dördüncü dəfə Almaniya kansleri seçilib.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Berlində keçirilən parlamentin iclasında deputatlarının əksəriyyəti Angela Merkelin AFR kansleri postuna yenidən seçilməsinə səs verib.Belə ki, 364 deputat onun namizədliyini dəstəkləyib.
Gizli səsvermənin nəticələri deputatlar tərəfindən alqışlarla qarşılanıb.