logo

Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən azad etdi

18:38 13-03-2018 | icon 2359
Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən azad etdi

ABŞ prezidenti Donald Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən azad edib. 

YeniAvropa "RİA Novosti" agentliyinə istinadla xəbər verir  ki, bu barədə Tramp özünün "Tvitter" hesabında məlumat yerləşdirib.  Qeyd olunur ki, Tillersonu bu vəzifədə Mərkəzi Kəşfiyyat İdarəsini(MKİ) direktoru Mayk Pompeo əvəzləyəcək.  "Tillersona  təşəkkür edirəm.Hesab edirm ki, Pompeo bu vəzifədə fanfastik işlər görə biləcəkdir",-deyə Trapm qeyd edib. 

Tramp daha sonra qeyd edib ki, son 14 ayda birgə işlədikləri dövrdə Pompeonu "yaxşı tanıyıb" və ümid edir ki, belə böhranlı məqamda o , həmin vəzifəyə ən layiqli namizəddir.   

Maraqlısı isə odur ki, Pompeonu bu vəzifədə müavini Cina Haspel əvəzləyəcək. O, ABŞ tarixində MKİ-yə rəhbərlik edəcək ilk qadın olacaq.

 "İnanıram ki, o , Amerikanın dünyadakı mövqeyinin möhkəmlənməsində, Koreya yarımadasını nüvə silahlarından təmizlənməsində, eləcə də, bizim düşmənlərimizlə mübarizədə başladığımız proqramımızı uğurla davam etdirəcəkdir",-deyə Tramp qeyd edib.