Jurnalistin ölümünə görə Slovakiyada daha bir nazir istefa verib
Slovakiyada araşdırmaçı jurnalist Yan Kuçiakın qətlindən sonra hökumət üzərində təzyiqlər davam edir. Martın 12-də Slovakiyanın daxili işlər naziri və baş nazirin müavini Robert Kalinak tutduğu vəzifədən istefa verib.
Y.Kuçiakın ölümündən iki həftə keçməsinə baxmayaraq, ölkənin ictimai-siyasi həyatındakı gərginlik azalmaq bilmir. Ötən həftənin sonunda paytaxt Bratislavada 1989-cu ildən bəri ən böyük nümayişlər keçirilib. Otuz mindən artıq insanın qatıldığı etiraz nümayişlərində jurnalistin ölümünün obyektiv araşdırılması, hökumət dairələrinin mafiya şəbəkələri ilə ehtimal olunan əlaqələrinə aydınlıq gətirilməsi və hazırkı hökumətin istefası tələb olunub.
Hakim Slovakiya Sosial-Demokratlar Partiyasına (SMER) mənsub olan nazir istefa verməsi ilə ölkədə sabitliyin bərpa olunacağına və polisin qətlin açılması üçün apardığı təhqiqatları uğurla başa çatdıracağına ümid bəslədiyini bildirib. Slovakiyanın Baş naziri Robert Fitso daxili işlər nazirinin istefasına tərəfdar olmasa da, hökumətdə təmsil olunan “Most-Hid” partiyasının təzyiqləri öz nəticəsini verib. R.Fitso müxalifəti iki gəncin qətlindən siyasi məqsədlər üçün sui-istifadə etməkdə günahlandırıb və növbədənkənar seçkilərin keçiriləcəyini istisna edib.
Qeyd edək ki, www.aktuality.sk saytının əməkdaşı olan 27 yaşlı araşdırmaçı jurnalist Yan Kuçiak fevralın 25-də nişanlısı ilə birlikdə qətlə yetirilib. Həmkarları onun qətlinin İtaliyanın Ndranqeta mafiya şəbəkəsinin Slovakiyanın iri şirkətləri və hökumət dairələri ilə əlaqələrinə dair ifşaedici araşdırmaları ilə bağlı olduğunu iddia edirlər.
Xatırladaq ki, fevralın 28-də isə Slovakiyanın mədəniyyət naziri Marek Madariç jurnalistin ölümünə görə tutduğu vəzifədən istefa vermişdi.
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir