logo

Türkiyə Ordusu Afrinin mərkəzini mühasirəyə almağa hazırlaşır

18:02 12-03-2018 | icon 2345
Türkiyə Ordusu Afrinin mərkəzini mühasirəyə almağa hazırlaşır

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin rayonunun mərkəzini tam mühasirəyə almağa hazırlaşır.

YeniAvropa xəbər verir  ki, bu haqda Türkiyə KİV-ləri hərbi mənbələrə istinadla xəbər verirbər. Məlumatda qeyd edilib ki,  “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrin ətrafında 1100 kvadrat kilometr ərazi terrorçulardan azad edilib.

Bu gün Türkiyə qoşunları daha beş yaşayış məntəqəsini azad edib. Türkiyə qoşunları artıq Afrinin mərkəzindən 1,5 km məsafədə yerləşir.

Eyni zamanda PYD və YPG terrorçularının dinc sakinlərə şəhəri tərk etməyə icazə vermədiyi də qeyd olunur.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" adı altında əməliyyata başlayıb