Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri “Azad Suriya Ordusu”na aid dəstələrlə birlikdə daha beş kəndi azad edib.
YeniAvropa “Anadolu” agentliyinə istinadla xəbər verir ki, , regionda antiterror əməliyyatı çərçivəsində Qara Təpə və Kastel Keçik, Şeran rayonu, Xalidiyə və Cülbül, həmçinin Kane Kauer yaşayış məntəqələri azad edilib.
Qeyd edək ki, “Zeytun budağı” adlı antiterror əməliyyatı 51 gündür davam edir. Belə ki, yanvarın 20-dən Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayıb.