Gürcüstan prezidenti Georgi Marqvelaşvili Brüsselə işgüzar səfərini başa vuraraq, oradan ABŞ-a yola düşüb.YeniAvropa xəbər verir ki bu haqda prezident administrasiyasına istinadla "Sputnik-Qruziya" məlumat yayıb.
Xəbərdə səfərin dəqiq detalları açıqlanmır. Qeyd olunur ki, Georgi Marqvelaşvili Brüsseldə olarkən NATO və Avropa İttifaqının rəsmiləri ilə görüşlər keçirib. Görüşlərdə Gürgüstanın həmin təşkilatlarla əməkdaşlığının perspektivləri müzakirə mövzusu olub. Georgi Marqvelaşvili, həmçinin Brüsseldə ABŞ Konqresi və Senatının nümayəndələri ilə də görüşüb. Tərəflər regional təhlükəsizlik, eləcə də NATO-nun qarşıdakı sammiti ilə bağlı məsələləri müzakirə ediblər. Gürcüstan prezidenti "NATO-2018"sammitində ölkəsi ilə bağlı məsələyə böyük diqqət ayrılmasını onlardan xahiş edib.
Xatırladaq ki, gürcüstan 2011-ci ildə "NATO-ya üzvlüyə namizəd ölkə" statusu alıb. Alyansın 2014-cü ildə Uelsdə keçirilən sammitində isə Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı tədbirlər planı təsdiq olunub.