Bu günə Türkiyə Ordusunun müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı" əməliyyatında 3300 terrorçu zərərsizləşdirilib.YeniAvropa "Anadolu" agentliyinə istinadən bildirir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı bir sıra çətinliklərə baxmayaraq, Türkiyə Ordusunun əməliyyatı uğurla davam etdirdiyini qeyd edib.