BMT-nin Baş Assambleyası təcili iclasında Qüdsün statusunu müzakirə edəcək
BMT-nin Baş Assambleyasının dekabrın 21-nə planlaşdırılan təcili iclasında ABŞ-ın Qüdsü İsrailin paytaxtı qismində tanınması ilə bağlı qərarını müzakirə ediləcək. İclas İslam Əməkdaşlıq Təşkilatı adından çıxış edən Türkiyə və Yəmənin təşəbbüsü ilə keçiriləcək.
Bir qədər əvvəl Təhlükəsizlik Şurasının Vaşinqtonun addımını qınayan və 14 üzv ölkənin dəstəyini qazanan qətnaməsinə Birləşmiş Ştatların veto qoymasından sonra Fələstin bu məsələ üzrə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsini xahiş edib.
Müşahidəçilər qeyd edirlər ki, qətnamə layihəsində Qüdsün İsrailin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi barədə qərar qəbul edən ABŞ prezidentinin adı çəkilmir, sadəcə “Qüdsün statusu ilə bağlı dərin məyusluq” ifadə olunur.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Heyli öz növbəsində Baş Assambleyanın sessiyasının çağırılmasına kəskin reaksiya verib. “Dekabrın 21-də seçimimizi qınayan səsvermə keçiriləcək. ABŞ adları yadda saxlayacaq”, - deyə o, Twitter səhifəsində qeyd edib.
ABŞ-ın müttəfiqləri olan Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya və Ukrayna da BMT Təhlükəsizlik Şurasının iclasında qətnamənin lehinə səs verib. Bununla əlaqədar Heyli Twitter səhifəsində yazıb: “Biz Amerika vətəndaşlarının istəyi əsasında səfirliyimizin harada yerləşdirilməsi barədə qərar qəbul edəndə dəstəklədiyimiz dövlətlərin bizə qarşı çıxacağını gözləmirdik”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp dekabrın 6-da Qüdsün İsrailin paytaxtı kimi tanınması barədə bəyanatla çıxış edib. Ağ evin başçısı, həmçinin Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verib. Regionda vəziyyəti gərginləşdirən bu addım bir çox dünya liderləri və beynəlxalq təşkilatlar tərəfindən etirazla qarşılanıb. Interfax
Azərbaycanda bələdiyyələrin səlahiyyətləri yanvarda başa çatacaq
Dələduzluqda təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib
Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir
İlham Əliyev Donald Trampı təbrik edib
Yol Polis Zəfər Günü ilə bağlı sürücülərə müraciət edib
Sabah Bakıda arabir yağış yağaca,16° isti olacaq
Dünya dini liderləri COP29 iştirakçılarına müraciət ünvanlayıblar
İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib
Tramp özünü ABŞ-ın 47-ci prezidenti elan edib
Dünya dini liderləri Bakı Bəyannaməsini qəbul ediblər
Daha bir veteran cüdoçumuz dünya çempionu olub
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
Zelenski Ukraynada hərbi vəziyyət rejimini daha 3 ay uzatdı
Bişkekdə İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan görüşü olub
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib
Azərbaycan nefti 77,53 dollara satılır
6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı öz işinə başlayır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünya dini liderlərinin Sammitində
Bakı Bəyannaməsi qəbul ediləcək
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib