logo

Rusiyanın Suriyada qəzaya uğramış təyyarəsində 39 hərbiçi olub

22:34 06-03-2018 | icon 2513
Rusiyanın Suriyada qəzaya uğramış təyyarəsində 39 hərbiçi olub

Suriyanın Hmeymim aeroportu yaxınlığında Rusiyanın qəzaya uğramış “An-26” təyyarəsində 6 ekipaj üzvü və 33 sərnişin olub. 

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi həlak olanların hamısının hərbi qulluqçu olduğunu bildirir.

Xatırladaq ki, bundan əvvəl təyyarədə 33 nəfərin olduğu barədə məlumat yayılmışdı. Nazirliyin komissiyası hadisənin bütün mümkün səbəblərini araşdırır. Verilən məlumatda həlak olanların ailə üzvlərinə zəruri kömək ediləcəyi bildirilir.