Aprelin sonunda Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilə Koreya Respublikasının prezidenti Mun Ce arasında görüş keçiriləcək.
YeniAvropa xəbər verir ki, bunu Koreya Respublikası prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Çunq Euy-yonq Pxenyana səfərinin yekunlarına dair Seulda keçirdiyi mətbuat konfransında bildirib. .
Çunq Euy-yonqun sözlərinə görə, sözügedən görüşədək KXDR və KR prezidentləei arasında qaynar telefon xətti fəaliyyət göstərəcək. Növbəti mərhələdə isə danışıqlar baş tutacaq.