Cənubi Koreyanın “Samsung Electronics” şirkətinin son istehsalı olan “Galaxy S9” mobil telefonlarını əldə etmək üçün 2 gün ərzində 550 min sifariş daxil olub.
YeniAvropa xəbər verir ki, şirkətin rəsmisi ötən həftə Barselonada Mobil Dünya Konqresində təqdim olunan “Galaxy S9” modelinin martın 16-da bir neçə ölkədə eyni vaxtda satışa çıxarılacağını deyib. Əvvəlcədən olan sifarişlərin sayı onu deməyə əsas verir ki, “Galaxy S9” telefonuna maraq əvvəlki modellər ilə müqayisədə yüksək deyil.
Cənubi Koreyanın mobil rabitə operatorlarının nümayəndələri alıcıların marağını nəzərə alaraq yeni modelin sələfləri ilə müqayisədə daha çox satılacağına ümid etmirlər. Onların fikrincə, istifadəçilər “Galaxy S9” modelində sələfi “S8” ilə müqayisədə elə də ciddi dəyişikliyin olmadığını düşünürlər.