Çin cari ildə ölkənin müdafiə xərcləri üçün nəzərdə tutulan büdcəsini ötən illə müqayisədə 8,1 faiz artıracaq.
YeniAvropa xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan Pekində keçirilən 13-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) ilk sessiyasında hökumətin hesabatını təqdim edərkən deyib.
Çin hökuməti 2018-ci il üçün müdafiə büdcəsini 1,11 trilyon yuan (175 milyard ABŞ dolları) səviyyəsində müəyyənləşdirib. Cari il üçün nəzərdə tutulan 8,1 faizlik artım əvvəlki iki ildəki tempi də (müvafiq olaraq 7,6 və 7 faiz) üstələyir.
Dövlət Şurasının sədri sessiyada çıxışı zamanı 2015-ci ildən bəri Çin Xalq Azadlıq Ordusunda həyata keçirilən islahatlar nəticəsində silahlı qüvvələrin şəxsi heyətinin sayının 300 min nəfər azaldıldığını da bəyan edib.